• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Firəngiz Rəhimbəyova niyə 3 həftə sonra dəfn olundu?



Mərhum aktrisa Firəngiz Rəhimbəyovanın qızı Reyçel anasının ölümündən 3 həftə sonra dəfn olunmasına münasibət bildirib.

Olay.az xəbər verir ki, o, ABŞ-də yaşayan azərbaycanlı aparıcı Səxavət Nurun “Americano” yutub layihəsində danışıb:

“Qəfil ölüm idi deyə, sənəd işləri uzun çəkdi. Onun həkimi şəhərdə olmadığı üçün tamamilə başqa xəstəxanada, başqa həkimini iş saatında ölmüşdü. Ölüm sənədini təsdiqləmək, xəstəxanalar arasında sənədləşdirmənin uzanması dəfn vaxtının uzanmasına səbəb oldu. Həm də heç birimiz bu ölümə hazır deyildik.  

Onu harada dəfn edəcəyimiz belə bilmirdik. Yaşlı və ya xəstə insan olanda ən azın əvvəlcə bu haqda düşünürsən, amma anamın qəfil ölümü heç ağlımdan belə keçmirdi. Ailəmizdə heç vaxt heç kəs ölməmişdi. Mən şok yaşadım. Qardaş və ya bacım olmadığı üçün bütün yük mənim və ərimin üzərində idi.

Mən daha yaxşı məzarlıqda dəfn olunmasını istəyirdim. Buna görə öldüyü gündən bir neçə həftə sonra dəfn olundu. Başqa bir mistik səbəbi yoxdur”.

ƏN ÇOX OXUNANLAR

1.8155500888824