• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

"Oğlumun sağ olduğuna ümidliydim" - Nəşi tapılan hərbçimizin ATASI



İki il əvvəl Laçında itkin düşən hərbi qulluqçular - Fərid Məmmədov və Firdovsi Abdullayevin meyitləri Kəlbəcərdən tapılıb.

Onlar yüksək dağlıq və çətin relyefli ərazidə hava şəraitinin qəfil dəyişməsi və çovğun səbəbindən istiqaməti itirərək itkin düşüblər.
 
Nəşi tapılan hər iki hərbçimiz 2003-cü il təvəllüdlüdür.
 
Firdovsi Abdullayevin atası Mais Abdullayev Modern.az-a açıqlamasında bildirib ki, oğlu cümə axşamı günü Gəncə şəhər Şəhidlər Xiyabanında dəfn ediləcək.
 
O, iki il ərzində oğlunun sağ olduğuna ümidli olduqlarını deyib:
 
"Bu iki il ərzində oğlumuzun sağ olmasına ümidliydik. Ümumiyyətlə, onun tapılıb bizə təhvil verəcəyinə inanırdıq. Allah Prezidentimizin canını sağ eləsin! Qurumlara lazımi tapşırıqlarını verdi, nəticədə, uşağımızı tapıb bizə verdilər".
 
M.Abdullayev oğlunun güləşçi olmaq istədiyini bildirib:
 
"Mənim oğlum güləşçi idi. Medalları da var. Goranboyda da, Türkiyədə də güləşib. Daha sonra qaydasız döyüşlə məşğul olmağa başladı. Həmişə də deyirdi ki, istəyirəm güləşçi olam. Hərbi xidmət gedəndən sonra isə zabit kimi qalmaq istəyirdi".

ƏN ÇOX OXUNANLAR

0.056303977966309