- 4
ENDİRİLİR
ENDİRİLİR
İki il əvvəl Laçında itkin düşən hərbi qulluqçular - Fərid Məmmədov və Firdovsi Abdullayevin meyitləri Kəlbəcərdən tapılıb. Onlar yüksək dağlıq və çətin relyefli ərazidə hava şəraitinin qəfil dəyişməsi və çovun səbəbindən istiqaməti itirərək itkin düşüblər. Nəşi tapılan hər iki hərbçimiz 2003-cü il təvəllüdlüdür.
Modern.az-ın əldə etdiyi məlumata görə, itkin düşən hərbçilərin manqa komandiri Təbriz Babayev cinayət məsuliyyətinə cəlb edilib.
Məlumata görə, o, səlahiyyətlərini aşaraq əsgərləri digər posta siqaret almağa göndərib və bu zaman hərbi qulluqçular itkin düşüb. Faktla bağlı Qubadlı Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin 329.2.1, 329.2.6 və 341.3-cü maddələri ilə cinayət işi açılıb. onlayn aptek
Manqa komandirinin cinayət məsuliyyətinə cəlb edilməsi barədə məlumatı Respublika Hərbi Prokurorunun böyük köməkçisi, Hərbi Prokurorluğun Mətbuat Xidmətinin rəhbəri Firad Əliyev də təsdiqləyib.
O bildirib ki, Azərbaycan ordusunun hərbi qulluqçuları, əsgərlər Məmmədov Fərid Əjdər oğlu və Abdullayev Firdovsi Mais oğlunun 3 mart 2022-ci il tarixdə Laçın rayonu ərazisində itkin düşmələri ilə əlaqədar Azərbaycan Respublikası Hərbi Prokurorluğunun İstintaq İdarəsində istintaqı aparılmış cinayət işi üzrə iki nəfər məsuliyyətə cəlb edilib.
Məlumata görə, Babayev Təbriz Rasim oğluna Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 329.2.1-ci, 329.2.2-ci, 329.2.6-cı və 341.3-cü maddələri ilə, Həməşəyev Taleh Möhübbət oğluna isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 341.3-cü maddəsi ilə ittiham elan edilmiş və iş baxılması üçün Füzuli hərbi məhkəməsinə göndərilib.
Füzuli hərbi məhkəməsinin 22.09.2023-cü il tarixli hökmü ilə Babayev Təbriz Rasim oğlu və Həməşəyev Taleh Möhübbət oğlu onlara elan olunmuş yuxarıda qeyd edilən maddələrdə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək müxtəlif müddətlərdə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişlər.