- 6
ENDİRİLİR
ENDİRİLİR
Beynəlxalq axtarışda olan daha bir şəxsin ölkəmizə ekstradisiyası təmin edilib.
Bu barədə Baş Prokurorluq məlumat yayıb.
Bildirilib ki, Baş prokurorluğun vəsatəti əsasında Gürcüstanın Baş Prokurorluğu tərəfindən “Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” 22 yanvar 1993-cü il tarixli Konvensiyanın tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının vətəndaşı Əmirov Rəşad Ərşad oğlunun ekstradisiyası haqqında qərar qəbul olunub.
“Belə ki, Bakı şəhəri, Binəqədi Rayon Polis İdarəsinin İstintaq şöbəsində ibtidai istintaqı aparılan cinayət işi üzrə Rəşad Əmirovun xeyli miqdarda ziyan vurmaqla dələduzluq cinayət əməlini törətməsinə əsaslı şübhələr müəyyən edildiyindən, təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul edilməklə barəsində beynəlxalq axtarış elan edilib.
Rəşad Əmirov Gürcüstan ərazisində saxlanılaraq 6 avuqst 2024-cü il tarixdə Ədliyyə Nazirliyi Penitensiar Xidmətin xüsusi konvoyunun müşayiəti ilə Azərbaycana gətirilib”, - məlumatda deyilir.