• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Gender qalmaqalında adı hallanan idmançı Olimpiya çempionu oldu



Daha əvvəl gender qalmaqalında adı hallanan əlcəzairli boksçu İmane Xelif Parisdə keçirilən Olimpiadada qızıl medal qazanıb.

BAKU.WS “İndependent” qəzetinə istinadən xəbər verir ki, Xelif çinli Yang Liu məğlub edərək Parisdə qadınlar arasında ağır çəki dərəcəsində turnirin qalibi olub və olimpiadada boks üzrə qızıl medal qazanan ilk Əlcəzairli qadın olub.

Bundan əvvəl 25 yaşlı boksçu gender uyğunluğu testindən keçə bilmədiyinə görə qadınlar arasında dünya çempionatından diskvalifikasiya edilmişdi.

Olimpiya çempionu olduqdan sonra Xelif iddialarla bağlı bunları deyib:

“Uyğun olub-olmamağıma, qadın olub-olmamağıma gəlincə: Mən mətbuatda çox açıqlamalar vermişəm, mən tam hüquqluyam, qadınam, qadın doğulmuşam, qadın kimi yaşamışam. Buna heç bir şübhəm yoxdur”.

O, iddiaların “ona uğuruna xüsusi ləzzət verdiyini” qeyd edib.

ƏN ÇOX OXUNANLAR

0.02391505241394