• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Elnarə Qasımovanın həbs müddəti uzadılıb



Xətai Rayon Məhkəməsi, “Abzas Media” saytının əməkdaşı Elnarə Qasımova barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətinin uzadılması barədə qərar verib.

APA xəbər verir ki, Elnarə Qasımova barəsində həbs qətimkan tədbirinin müddəti 1 ay 7 gün uzadılıb.

    Qeyd edək ki, ötən il noyabrın 21-də “Abzas Media”nın direktoru Ülvi Həsənli və baş redaktoru Sevinc Vaqifqızı, noyabrın 23-də isə direktor müavini Məhəmməd Kekalov, dekabrın 1-də isə saytının əməkdaşı Nərgiz Absalamova barəsində qrup halında qaçaqmalçılıq ittihamı ilə həbs qətimkan tədbiri seçilib.

    Daha sonra jurnalist Hafiz Babalıya qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qrup halında qaçaqmalçılıq) maddəsi ilə ittiham irəli sürülüb və barəsində həbs qərarı verilib.

    ƏN ÇOX OXUNANLAR

    • 10
    "Qarabağ"da ciddi itki
    0.027769088745117