Heç xəbəriniz olubmu ki, 2024-cü ildə Parisdə keçirilən Yay Olimpiya Oyunlarının maskotu Anadoluya xas Frigiya papağından ilhamlananaraq hazırlanıb.
Ölkə.Az xəbər verir ki, sən demə Paris 2024 Yay Olimpiya və Paralimpiya Oyunlarına Anadolunun qüdrətli Dəmir Dövrü krallığı olan Frigiyalıların maskotları (yəni uğurl gətirən əlaməti, azadlıq simvolu hesab olunur-red) ilham verib.
Beynəlxalq Olimpiya Komitəsinin bildirdiyinə görə, Olimpiya və Paralimpiya maskotu bir vaxtlar frigiyalıların geyindiyi papaqlara bənzər şəkildə hazırlanıb və Fransa bayrağının rəngləri olan mavi, ağ və qırmızı rənglərlə bəzədilib. Qədim Anadolu krallığının, Frigiyanın mədəni irsini əks etdirən maskotlar, eyni zamanda cizgi filmi “Şirinlər”in papaqlarını xatırladır və azadlıq rəmzini əks etdirir.
Frigiyalıların Balkanlardan qərb-mərkəzi Anadolu torpaqlarında, indiki Türkiyənin Ankara, Afyonkarahisar, Əskişəhər və Kütahya vilayətlərini əhatə edən geniş bir bölgəyə köç etdiyi güman edilir. Eramızdan əvvəl 12-ci əsrdə Hetit İmperatorluğunun dağılması ilə yüksələn bu qədim xalq paytaxtlarını 2023-cü ildə Türkiyənin 20-ci YUNESKO-nun Dünya İrsi siyahısına daxil olan Qordionda tikdilər. Frigiyanın siyasi və mədəni paytaxtı kimi tanınan Qordion bir çox qədim tarixçilərin danışdığı Qordi düyünü rəvayəti ilə bağlıdır. Rəvayətə görə, düyünü yalnız Asiyanın gələcək fatehinin açacağına inanırdılar. Həmçinin, şəhər bir vaxtlar mifologiyada “eşşək qulaqları” və “qızıl toxunuşu” ilə lənətlənmiş Kral Midasın hakimiyyəti altında olub.
Azadlıq simvolu olan maskotun mənşəyi minlərlə il əvvələ gedən Frigiya papağı və ya “azadlıq papağı” Roma həyatı və hətta Fransa İnqilabı kimi dövrlərdə də bir çox görünüşlər qazanmış və daha dərin bir əhəmiyyət kəsb edib.
Azadlığı simvolizə edən maskot sonradan təsirli ikona çevrilir. XVIII əsr fransız inqilabçıları da bu papaqları azadlıq simvolu kimi taxırdılar. Fransız İnqilabından sonra Frigiya papağı incəsənətdə, rəsmlərdə və heykəllərdə əks etdirilirdi. Papağın tarix boyu fransızlar üçün məşhur simvolu olaraq qalması onu hətta builki Olimpiya Oyunlarının maskotuna çevirdi.
Mürtəza
Ölkə.Az