• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

AFFA beş klubu cəzalandırdı



Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) İntizam Komitəsi Azərbaycan Premyer Liqasının ikinci turundan sonra baş verən hadisələrə görə beş klubu birdən cəzalandırıb.

Ölkə.Az xəbər verir ki, Azərbaycan Premyer Liqasının II turunun "Qarabağ" - "Kəpəz" oyununun 78-ci dəqiqəsində "Kəpəz" klubunun 8 nömrəli futbolçusu Elmir Tağıyev ikinci sarıdan qırmızı vərəqə aldığına görə bir oyun cəzalandırılıb. "Kəpəz" klubu isə 500 manat cərimə edilib.

"Araz-Naxçıvan" - "Şamaxı" oyununda hesab tablosu işləmədiyinə görə "Araz-Naxçıvan" klubu 500 manat cərimə olunub.

"Səbail" - "Neftçi" oyununda "Səbail" klubunun beş futbolçusu sarı vərəqə aldığına görə "Səbail" klubu 700 manat cərimə edilib.

"Səbail" - "Neftçi" oyunu bitdikdən sonra stadionda "Neftçi" klubunun azarkeşləri tərəfindən iğtişaş törədildiyinə görə "Neftçi" klubu 4 000 manat cərimə olunub.

"Səbail" - "Neftçi" oyunu bitdikdən sonra "Neftçi" klubunun 99 nömrəli futbolçusu Ervin Koffi azarkeşlərə kənar əşya atdığına görə iki oyun cəzalanıb, "Neftçi" klubu 2 000 manat cəzalandırılıb.

"Turan Tovuz" - "Sumqayıt" oyununda "Turan Tovuz" klubunun 4 futbolçusu sarı vərəqə aldığına görə "Turan Tovuz" klubu 700 manat cərimə olunub.

ƏN ÇOX OXUNANLAR

0.03082799911499