UEFA Konfrans Liqasının təsnifat mərhələsinin pley-offunda keçiriləcək "Zirə" - "Omoniya" görüşünün hakimləri məlum olublar.
Ölkə.az xəbər verir ki, görüşün baş hakimi Vitali Spasennikovdur. Ona laynsmenlər Raymond Tatrix və Artur Şakurov kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Aleksandr Anufriyev kömək edəcək.
Hakimlər heyəti Latviyanı təmsil edir.
Qarşılaşma avqustun 29-da "Liv Bona Dea Arena" stadionunda keçiriləcək və saat 20:00-da başlayacaq.