Türkiyənin "Fənərbağça" klubunun portuqaliyalı futbolçusu Migel Krespo klubdan ayrılıb.
"Report" xəbər verir ki, bu barədə İstanbul təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Portuqaliyalı yarımmüdafiəçi 2027-ci ilə qədər "Başakşəhər" komandasının uğurları üçün çalışacaq.
Qeyd edək ki, Krespo son olaraq icarə əsasında İspaniyanın "Rayo Valyekano" kollektivində çıxış edib.