"Formula 1" üzrə Niderland Qran-prisinin qalibi bəlli olub.
"Ölkə.az" xəbər verir ki, Zandvord trekində baş tutan yarışda "Maklaren"in pilotu Lando Norris finiş xəttinə hamıdan birinci çatıb.
"Red Bull" komandasının niderlandlı pilotu Maks Ferstappen ikinci, "Ferrari"nin üzvü Çarles Lekler isə üçüncü yeri tutub.
Qeyd edək ki, Azərbaycan Qran-prisi 13-15 sentyabrda gerçəkləşəcək.