COP29-da iştirak üçün Azərbaycana gələn Türkiyənin ticarət nazirinin müavini Mustafa Tuzcu Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin siyasətlərini "yaşıl transformasiya"ya uyğun olaraq bir-birləri ilə uyğunlaşdıracaqlarını və bu mövzuda təcrübələrini bir-birlərinə ötürəcəklərini bildirib.
“Ölkə.az” “Haber Global”a istinadən xəbər verir ki, Mustafa Tuzcu bildirib ki, TDT ölkələrinin iqtisadiyyat və ticarət nazirləri ilə bir araya gəlib. Görüşdə ətraf mühit, rəqəmsal iqtisadiyyat və inkişaf məsələlərini müzakirə edilib.
Nazir müavini son zamanlarda əhəmiyyətli regional inteqrasiya təşkilatına çevrilən TDT ölkələri arasında ticarət prosedurlarının sadələşdirilməsi və rəqəmsal iqtisadi tərəfdaşlıq haqqında müqavilələrin bağlandığını xatırladıb.
"Bakıda mühüm bəyanat imzaladıq. TDT-yə üzv ölkələr yaşıl transformasiyaya uyğun olaraq siyasətlərini bir-biri ilə uyğunlaşdıracaq və bu mövzuda təcrübələrini bir-biri ilə bölüşəcək, eyni zamanda birgə fəaliyyətləri ilə yaşıl transformasiya və iqlim dəyişikliyi ilə mübarizə ilə bağlı maliyyə mənbələrinə çıxış əldə etməyə çalışacaqlar "
O, Türkiyənin xüsusilə Gömrük İttifaqından və Aİ-nin "yaşıl transformasiya qanunvericiliyi" nəticəsində ciddi imkanlara və toplanmış təcrübəyə malik olduğunu qeyd edib: "Türkiyə təcrübəsini qardaş ölkələrlə bölüşmək istəyir".
Türkiyənin ticarət nazirinin müavini COP29-un Azərbaycanda keçirilməsindən məmnun olduğunu söyləyib: "İqlim dəyişikliyi ilə mübarizə həm regional, həm də beynəlxalq əməkdaşlıq sayəsində mümkün olur. Biz TDT ölkələri arasında əməkdaşlığın digər beynəlxalq təşkilatlar üçün nümunə olmasını istəyirik və gözləyirik".