"Qarabağ"ın UEFA Avropa Liqasındakı rəqiblərindən "Olimpiakos" (Yunanıstan) heyətini məşhur futbolçu Villianla gücləndirib.
"Ölkə.az" xəbər verir ki, 36 yaşlı yarımmüdafiəçi yeni komandası ilə 1 illik müqavilə imzalayıb.
Braziliya millisinin sabiq üzvü daha əvvəl İngiltərədə "Çelsi", "Arsenal" və "Fulhem" kimi klubların şərəfini qoruyub.
Qeyd edək ki, "Qarabağ" "Olimpiakos"la 2025-ci il, yanvar 30-da səfərdə qarşılaşacaq.