Azərbaycan Fransanın paytaxtı Parisdə keçirilən Yay Paralimpiya Oyunlarını 28-ci sırada bitirib.
"Ölkə.az" xəbər verir ki, 7 növdə 19 idmançı ilə yarışa qatılan ölkəmiz 4 qızıl, 2 gümüş və 5 bürünc medalı aktivinə yazdırıb.
İmaməddin Xəlilov (parataekvondo, 70 kq), Səid Nəcəfzadə (T12 kateqoriyası), Orxan Aslanov (T13 kateqoriyası, hər ikisi uzunluğa tullanma) qızıl, Lamiyə Vəliyeva qızıl (100 metr məsafəyə qaçış) və gümüş (400 metr məsafəyə qaçış), Raman Saley gümüş (100 metr məsafəyə arxasıüstə üzmək) və 2 bürünc (100 metr məsafəyə sərbəst və "butterfly" üsulla üzmək), Sabir Zeynalov (parataekvondo, 58 kq), Vəli İsrafilov (100 metr məsafəyə brass üsulu ilə üzmək), İlham Zəkiyev (paracüdo, +90 kq) bürünc medala sahib çıxıblar.
Siyahıda ilk yeri Çin idmançıları tutub (94 qızıl, 76 gümüş, 50 bürünc). Böyük Britaniya (49 qızıl, 44 gümüş, 31 bürünc) ikinci, ABŞ (36 qızıl, 42 gümüş, 27 bürünc) üçüncü olub.