- 4
ENDİRİLİR
ENDİRİLİR
Abşeron rayon İcra Hakimiyyəti Başçısının Xırdalan şəhəri üzrə Nümayəndəliyi tərəfindən keçirilən tender müsabiqəsinin (Açıq tender) qalibi məlum olub.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, Abşeron rayon İcra Hakimiyyətinin keçirdiyi tender müsabiqəsinin qalibi “Proqress İnşaat EN” MMC (VÖEN – 2007110451) olub.
Qeyd edək ki, Abşeron rayon İcra Hakimiyyəti Xırdalan şəhərində yolların təmiri işləri üçün ““Proqress İnşaat EN” MMC -yə 1 milyon 478 min 634 manat 87 qəpik ödəyəcək.
Tender müsabiqəsində diqqət çəkən məqam odur ki, Xırdalan şəhərində təmir olunması nəzərdə tutulan küçələrədən bəziləri cəmi 2 il əvvəl təmir olunub.
Məsələn, tender müsabiqəsində göstərilir ki, Xırdalan şəhərində M.Ə.Rəsulzadə küçəsində təmir işləri həyata keçiriləcək.
Xatırladaq ki, cəmi 2 il əvvəl – 2022-ci ilin sentyabr ayında rəsmi dövlət qəzeti olan “Azərbaycan” qəzetində dərc olunan xəbərdə adı keçən küçədə təmir işlərinin sona çatdığı göstərilib.
Murad Məmmədov