• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Bakıda COP-29 sammitində restoranlar bağlanacaq?



Beynəlxalq əhəmiyyət kəsb edən COP-29 sammitinin Bakıda keçirilməsi ilə bağlı hazırlıqlar sürətlə davam edir. Bu cür mühüm sammitlər şəhərdə təhlükəsizlik və rahatlıq baxımından xüsusi tədbirlərin görülməsini tələb edir. Bu kontekstdə, bəzi restoranların müvəqqəti bağlanması məsələsi gündəmə gəlib. Yayılan məlumatlara görə, bu addım, sammit zamanı təhlükəsizliyin artırılması və şəhərin daha rahat görünməsini təmin etmək məqsədini güdür.

Məsələ ilə bağlı Milli Məclisin deputatı Fazil Mustafa Ajans.az-a açıqlamasında bildirib ki, Bakıda dünya miqyasında tanınan tədbirlərin uğurlu keçirilməsi vacibdir, lakin yerli müstəvidə restoran sahibləri və işçilərin ziyan görməməsi üçün müvafiq tədbirlər görülməlidir:

“Məncə total səviyyədə bu keçirilməyəcək. Ola bilər ki, hansısa tədbirlərin keçirildiyi yerlərdə bu nəzərdə tutula bilər, amma şəhərdə kənarda yaşayan yerdə yerləşən restoranı bağlamaq məntiqli olmaz. Bakıda keçiriləcək COP-29 sammiti zamanı hər hansı obyektin yalnız sammitin keçirildiyi məkana yaxın olan restoranlara aid ola bilər. Bu tədbirə qatılan beynəlxalq qonaqların və nümayəndələrin rahatlığı üçün müəyyən sahələrdə təhlükəsizlik tədbirlərinin artırılması vacibdir”.

Deputat qeyd edib ki, hələki bununla bağlı rəsmi qərar yoxdur, amma qərar olarsa belə, bu müəyyənərazilər üçün nəzərdə tutula bilər. Onun sözlərinə görə, məktəb və universitetlərin distant təhsilə keçirilməsi baş tutacaq və bu olduqca mühüm məsələdir:

“Bu böyük bir tədbirdir və ölkənin imici üçün olduqca vacib bir hadisədir. Buna görə də hər kəsin bu prosesi dəstəkləməsinə ehtiyac var. Yəqin ki, hansı restoranların, hansı ərazilərdə bağalana biləcəyinə baxılacaq. Amma düşünürəm ki, bunun total olaraq həyata keçirmək mümkün olmaz. Həmçinin insanların müəyyən dərəcədə gündəlik fəaliyyətini məhdudlaşdırmaq narahatlıq yaradan bir məsələdir”.

Fazil Mustafa əlavə edib ki, ancaq konkret ərazilərdə və konkret tədbirlərin keçirildiyi məkanlarda bu halla rastlaşmaq olar. Bununla bağlı müəyyən tədbirlərin görülməsi mümkündür.

 

ƏN ÇOX OXUNANLAR

0.030523061752319