İngiltərə Premyer Liqasının 8-ci turunun matçında "Liverpul" Londonun "Çelsi" klubuna 2:1 hesabı ilə qalib gəlib.
Ölkə.az "Report"a istinadən xəbər verir ki, 29-cu dəqiqədə hesabı "qırmızılar"ın futbolçusu Məhəmməd Salah penaltidən açıb.
"Zadəganlar"da Nikolas Cekson ikinci hissənin əvvəlində hesabı bərabərləşdirsə də, cəmi üç dəqiqə sonra Kertis Cons "Liverpool"u yenidən önə keçirib.
Bununla da "Liverpul" İngiltərə çempionatının turnir cədvəlində 21 xalla birinci yerdə qərarlaşıb. "Çelsi" isə 14 xalla altıncı yerdədir.
İngiltərə çempionatında ikinci yeri bu turda “Vulverhempton”u məğlub edən “Mançester Siti” tutur. Onların aktivində 20 xal var. Üçüncü yerdə isə 17 xalla Londonun “Arsenal” klubu qərarlaşıb.