• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Rusiyalı futbolçu Messini ötdü



Moskvanın CSKA klubunun qapıçısı İqor Akinfeev bir klubda keçirdiyi matçların sayına görə "İnter Mayami"nin argentinalı hücumçusu Lionel Messini ötüb.

Ölkə.az Publika.az-a istinadən xəbər verir ki, oktyabrın 19-da rusiyalı ölkə çempionatının 12-ci turunda Mahaçqala “Dinamo” su ilə matçda (1:0) iştirak edib. Bu, onun ordu komandasında 779-cu oyunu olub. Messi “Barselona”nın heyətində bütün yarışlarda 778 oyun keçirib.

Bir komandanın heyətində ən çox oyun keçirmə rekordu Uels millisinin keçmiş yarımmüdafiəçisi Rayan Giqqzə məxsusdur. O, “Mançester Yunayted”in heyətində 963 dəfə meydana çıxıb.

38 yaşlı Akinfeev karyerası boyu Moskva klubunda çıxış edib. Ordu komandası ilə birlikdə qapıçı altı dəfə Rusiya çempionu olub və UEFA Kubokunu qazanıb.

ƏN ÇOX OXUNANLAR

1.8553559780121