- 6
ENDİRİLİR
ENDİRİLİR
"Araz Supermarket”dən alınan “Darenka” adlı şirniyyatın içindən qurd çıxdığı bildirilir.
Bu barədə məlumatı jurnalist Əzizə Zeynal sosial şəbəkə hesabında paylaşıb.
Jurnalist bildirib ki, məhsul alarkən, xüsusilə endirimlə olan məhsulların həmişə son istifadə tarixinə baxır:
“Bir dəfə baxmayanda nəticə. Ümumiyətlə, "Araz"da belə hallar tez-tez olur, diqqət edin".
Qeyd edək ki, 20 saat əvvəl "Araz Supermarket” tərəfindən paylaşımın yorum yerinə açıqlama əlavə edilib:
“Salam. Dəyərli müştərimiz, müştərilərini narahat edən hər bir məsələyə operativ reaksiya vermək "Araz" ın əsas prioritetlərindən biridir. Qeyd etdiyiniz məsələ araşdırılacaq və zəruri tədbirlər görüləcək. Zəhmət olmazsa, hansı filialımızın müştərisi olduğunuzu və əlaqə nömrənizi ismarış bölməsinə qeyd edərdiniz. Öncədən təşəkkür edirik”.
Onu da bildirək ki, "Araz Supermarket”in bu açıqlmasından 20 saatdan çox vaxt ötsə də hansı zəruri tədbirlərin görüldüyü barədə məlumat verilməyib.