• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Ronaldo ilə görüşmək üçün 7 ay yol getdi - Foto



"Əl-Nəsr"in futbolçusu Kristiano Ronaldonun çinli fanatı maraqlı addım atıb.

Ölkə.Az Publika.az-a istinadla xəbər verir ki, o, kumiri ilə görüşmək üçün 7 ay ərzində velosipedlə 13 min km yol qət edib.

24 yaşlı gənc səyahətinə 2024-cü ilin martın 18-də Anhui əyalətindən (Çin) başlayıb. Qonq adlı şəxs 7 ay sonra, Ər-Riyada (Səudiyyə Ərəbistanı) çatıb. Onun əziyyəti yerdə qalmayıb. Ronaldo çinli azarkeşi ilə klubun bazasında şəxsən görüşüb. Qonqa "Əl-Nəsr" matçına biletlər və imzala formasını verib.

Çinli gəncin yeddi aylıq səyahəti macərasız keçməyib. Azarkeş səyahəti boyunca Qazaxıstan, Rusiya, Gürcüstan, Ermənistandan, İran, Qətərdən keçərək Səudiyyə Ərəbistanına çatıb. O, dil maneəsi ilə qarşılaşıb. Eyni zamanda qripə yoluxub və səfərin sonuna qədər pulu güclə çatıb.

ƏN ÇOX OXUNANLAR

0.71393203735352