İtaliyanın "Yuventus" klubu futbolçusu Pol Poqbanın müqaviləsinə xitam verməyə yaxındır.
Ölkə.az "Report"a istinadən xəbər verir ki, bu barədə "Sky Sports" məlumat yayıb.
4 il əvvəl antidopinq qaydalarını pozan fransalı yarımmüdafiəçi bu səbəbdən 4 il müddətinə diskvalifikasiya edilib. Daha sonra onun cəzası 18 aya qədər azaldılsa da, "Yuventus" rəhbərliyi futbolçunun xidmətində maraqlı olmadığını bildirib.
Qeyd edək ki, Pol Poqbanın "qoca sinyora" ilə olan müqaviləsi 2026-cı ildə başa çatacaq.