• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Trampın bu addım bütün dünyanı şoka salacaq



ABŞ seçkilərində qalib gələn Donald Trampın dolları gücləndirmək üçün iqtisadi siyasət yürütmək niyyəti dünyanın qalan hissəsini şoka sala bilər.

"Ölkə.az" xəbər verir ki, bu barədə "The Economist" yazıb.

"ABŞ dollarının möhkəmlənməsi bütün dünyanı şoka salacaq", deyə nəşr qeyd edib.

Qeyd olunur ki, Trampın iqtisadi siyasəti dolların kəskin bahalaşmasına səbəb ola bilər.

"The Economist" yazır ki, analitiklər və treyderlərin fikrincə, ABŞ şirkətlərinin gəlirləri Trampın yeni administrasiyası dövründə onlara tətbiq edilən vergilərin azalması səbəbindən artacaq. Eyni zamanda, nəşr Federal Ehtiyat Sisteminin yüksək faiz dərəcələrini saxlaya biləcəyini də istisna etmir.

Müəlliflərin fikrincə, dolların məzənnəsinin dəyişməsi iki əsas amil vasitəsilə qlobal iqtisadiyyatı sarsıdır: ticarət və maliyyə. Nəşr xatırladır ki, dünya ticarətinin 40%-dən çoxu - əksəriyyəti Amerika ilə əlaqəli deyil - dollarla aparılır.(Qaynarinfo)

ƏN ÇOX OXUNANLAR

0.025302171707153