• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

 Azərbaycan kiçik modul reaktorların tikintisində maraqlıdır



"Azərbaycan kiçik modul reaktorların tikintisində maraqlıdır".

"Report" xəbər verir ki, bunu Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyinin rəhbəri Nicat Əliyev COP29 çərçivəsində təşkil edilən panel müzakirəsi zamanı bildirib.

Onun sözlərinə görə, elektrik enerjisi istehsalı üçün nüvə enerjisindən istifadə istixana qazı emissiyalarını azaltmağa kömək edən və iqlim dəyişikliyi probleminin həllində mühüm rol oynayan təmiz və etibarlı mənbədir.

"Belə reaktorların istismarı karbon emissiyalarının sıfıra endirilməsinə və iqlim dəyişikliyinin təsirlərinin əhəmiyyətli dərəcədə yumşaldılmasına kömək edəcək", - o deyib.

Agentliyin rəhbəri qeyd edib ki, kiçik modul reaktorların tikintisi və istismarı məkan, vaxt, maliyyə, insan resursları, tullantıların utilizasiyası, həmçinin müvafiq qanunvericilik və normativ aktların qəbulu da nəzərə alınmaqla diqqətli planlaşdırma tələb edir.

"Tənzimləyici orqan kimi bunun bütün məsuliyyətini dərk edirik və gələcəkdə tənzimləmənin bütün mərhələlərində müvafiq milli qurumlar və Atom Enerjisi üzrə Beynəlxalq Agentliklə (AEBA) əməkdaşlıq etmək niyyətindəyik", - o vurğulayıb.

ƏN ÇOX OXUNANLAR

0.059671878814697