• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

ABŞ çoxlu sayda rusiyalı diplomatı ölkədən çıxarır



Tezliklə 27 nəfər rusiyalı diplomat ABŞ-ı tərk edəcək.

Bu açıqlama ilə Rusiyanın ABŞ-dakı səfiri Anatoli Antonov çıxış edib.

Diplomat söyləyib ki, yanvarın 30-da 27 rusiyalı diplomat ailəsi ilə birgə ABŞ-ı tərk edəcək. 30 iyunda isə eyni sayda amerikalı diplomat ABŞ-a qayıdacaq.

Antonovun sözlərinə görə, diplomatların həyat yoldaşlarının akkreditasiyası geri alınır, uşaqlarına isə viza verilmir.

“Reallıqda biz hələ də rəqib kimi qəbul olunuruq”, - deyə Rusiyanın ABŞ-dakı səfiri vurğulayıb.

Mənbə: “RİA Novosti”

ƏN ÇOX OXUNANLAR

  • 14
Rusiyada zəlzələ oldu
0.09961199760437