• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

ABŞ İsrail vətəndaşlarına qarşı sanksiyalar tətbiq edib



ABŞ Maliyyə Nazirliyi İordan çayının qərb sahilindəki vəziyyətlə əlaqədar üç İsrail vətəndaşı və üç İsrail təşkilatına qarşı sanksiya tətbiq edib.

“Ölkə.az” xəbər verir ki, bu barədə nazirliyin mətbuat xidmətinin yaydığı məlumatda deyilir.

Qeyd olunur ki, ABŞ-nin sanksiyaları altında olan şəxslərlə əlaqəsi olduğuna görə “Amana” təşkilatı və onun törəmə şirkəti “Binyanei Bara” qarşı məhdudiyyətlər tətbiq edilib. ABŞ hakimiyyət orqanlarının məlumatına görə, bu hüquqi şəxs İordan çayının qərb sahilində əmlakın ələ keçirilməsi və ya qeyri-qanuni məhrumedilmə işlərində iştirak edir.

Bundan başqa, İsrailin “Eyal Hari Yehuda” təşkilatına və 3 İsrail vətəndaşına qarşı sanksiyalar tətbiq edilib.

Qeyd edək ki, sanksiyalar siyahısına daxil edilmək ABŞ-dəki aktivlərin dondurulması və ABŞ vətəndaşlarının “qara siyahı”ya düşən şəxslərlə biznes aparmasının qadağan edilməsi deməkdir.

ƏN ÇOX OXUNANLAR

1.9139230251312