• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Cənubi Koreya Afrikaya səfər edənlərə öz sərhədlərini bağladı



Cənubi Koreya koronavirusun yeni “Omikron” ştamının yayılması ilə əlaqədar Afrika qitəsinin səkkiz ölkəsinə səfər etmiş əcnəbilərin ölkəyə girişini qadağan edəcək.

Bu ölkələr Cənubi Afrika, Botsvana, Zimbabve, Namibiya, Lesoto, Esvatini, Mozambik və Malavidir.

Bunadan əlavə, yuxarıda qeyd olunan ölkələrdən birinə səfər etmiş Cənubi Koreya vətəndaşları ölkəyə qayıdacaqları təqdirdə məcburi karantin nəzarətinə götürüləcəklər.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Cənubi Afrikada yayılan koronavirusun yeni variantına yunan hərfi olan “Omikron” adını verib.

Mənbə: “RİA Novosti”

ƏN ÇOX OXUNANLAR

  • 14
Rusiyada zəlzələ oldu
0.08861780166626