• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

İsrail koronavirusun “Omikron” ştammı səbəbindən sərhədləri bağlayıb, yeni məhdudiyyətlər tətbiq edib



İsrail hökuməti ölkədə koronavirusun yeni - “Omikron” variantının yayılması ilə mübarizə məqsədilə əksər ölkələrin vətəndaşları üçün sərhədlərini 14 günlük bağlayıb və bir sıra yeni məhdudiyyətlər tətbiq edib.

İsrail hökuməti bu barədə dünən axşam məlumat yayıb və məhdudiyyətlər bu gündən qüvvəyə minib.

Yeni qaydalara əsasən, İsrailə gələn istənilən xarici ölkə vətəndaşı, o cümlədən peyvənd olunanlar üç gün karantində qalacaqlar. Ölkəyə gələnlər aeroportda test verəcəklər. Əgər İsrailə səfərdən sonra üçüncü gün testin nəticəsi neqativ çıxarsa, həmin əcnəbilərə karantindən çıxmağa icazə veriləcək.

Xaricdən gələn və peyvənd olunmayan İsrail vətəndaşları üçün karantin müddəti 7 gün olacaq. Əcnəbilər karantin müddətində xüsusi oteldə qalmalıdırlar.

Xatırladaq ki, İsrail hökuməti bundan əvvəl koronavirusun “Omikron” variantının yayıldığı bir sıra Afrika ölkələrindən ölkəyə səfərlərə məhdudiyyət qoymuşdu.

ƏN ÇOX OXUNANLAR

  • 14
Rusiyada zəlzələ oldu
0.10071587562561