Keçmiş vəkil Elman Paşayev xüsusilə külli miqdarda dələduzluqda təqsirini etiraf etmir.
Ölkə.Az bu barədə TASS-a istinadən xəbər verir.
"Təqsirimi etiraf etmirəm", - təqsirləndirilən şəxs İkinci Qərb Dairə Hərbi Məhkəməsində həbs müddətinin uzadılmasına dair şikayətinə baxılarkən bildirib. Paşayev hesab edir ki, ona qarşı cinayət işi zərərçəkmiş tərəf kimi tanınan bloqer Aleksey Blinovski tərəfindən verilən ərizə əsasında açılıb.
Keçmiş vəkilin sözlərinə görə, onun günahsız olduğunu ordu ehtiyacları üçün şəxsi vəsaitlərini xərcləməsi sübut edir. "Mən Rublyovkadakı şəxsi evimi, yaxtamı, maşınımı və oğlumun evini satdım, həmçinin şəxsi vəsaitlərimdən humanitar yardım üçün təxminən 80 milyon rubl (təxminən 1,3 milyon manat - red.) xərclədim. Bu reklam deyil, mənim üçün şərəfdir", - deyə Paşayev qeyd edib.
İş materiallarından məlum olduğu kimi, Blinovski bu ilin aprel ayının əvvəlində Moskvada ona 100 min dollar verib, halbuki təqsirləndirilən şəxsin sözlərinə görə, o vaxt o, Uqledar yaxınlığında olub. "Pulun (Blinovski tərəfindən) mənə verilməsi barədə heç bir sübut yoxdur", - deyə Paşayev məhkəmə iclası zamanı əlavə edib.//Oxu.Az