• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Samuxda karantin qaydaları pozularaq toy məclisi təşkil edilib - FOTO



Samux rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları inzibati ərazilərində xidmət aparan zaman, rayonun Lüksemburq və Hacallı kəndlərində karantin qaydaları pozularaq toy məclisi keçirilməsini aşkar edib.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupu məlumat verib.

Bildirilib ki, araşdırmalar zamanı məlum olub ki, hər iki ünvanda ev sahibləri 50 nəfərdən artıq qonaq çağırmaqla övladına toy mərasimi təşkil edib. Polis əməkdaşları iştirakçılarla profilaktiki söhbətlər apararaq karantin qaydalarını xatırladıb və mərasim təşkilatçıları barədə inzibati protokol tərtib edib.

Bundan başqa, rayon ərazisində fəliyyət göstərən “Çinar” şadlıq sarayında keçirilən toy mərasiminə olunan qonaqların COVİD-19 pasportu olub-olmaması yoxlanılıb. Araşdırmalar zamanı COVID-19 pasportu olmayan 20 nəfər restorana buraxılmayıb.

ƏN ÇOX OXUNANLAR

0.10807704925537