• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Fransada koronavirusa görə ictimai yerlərdə spirtli içkiyə qadağa qoyuldu



Fransada koronavirusa yoluxmada artım səbəbi ilə Aşağı Reyn (Bas-Rhin) departamentində ictimai yerlərdə spirtli içki satışı və istifadəsi qadağan edilib.

Bu barədə “Anadolu” agentliyi məlumat yayıb.

Hər 100 min nəfərə 147 yoluxma düşən vilayətdə qaldırılan maska ​​taxmaq məcburiyyəti 17 iyun tarixindən yenidən bərpa edilib.

Vilayət rəhbərliyindən bildirilib ki, epidemioloji vəziyyətin pisləşəcəyi təqdirdə bar və restoranlar 23.00-da bağlana bilər.

Daha əvvəl Dənizkənarı Alplar departamentində (Alpes-Maritimes) də ictimai yerlərdə spirtli içki satışı və qəbulu qadağan edilib.

Qeyd edək ki, son 24 saatda Fransada 5 307 yoluxma aşkarlanıb.

ƏN ÇOX OXUNANLAR

0.10881996154785