• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Mustafa Şəntop: “Azərbaycan beynəlxalq normalara uyğun şəkildə haqlıdır”



Azərbaycanın 44 günlük Vətən müharibəsində Türkiyə onu dəstəklədi. Biz qardaş ölkələrik, yalnız səbəb tək bu deyil. Azərbaycan bu məqamda beynəlxalq normalara uyğun şəkildə haqlıdır.

Baki.Media xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şəntop bu gün keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, bir çox səbəblərə görə Türkiyə siyasi olaraq Azərbaycanın yanında yer aldı:

“Sadəcə Türkiyə deyil, Pakistan da Azərbaycanın haqq savaşına dəstək verdi. Bu üç ölkənin beynəlxalq məkanda birlikdə hərəkət etmək niyyəti bəyan edildi. Bu da dünya ölkələrinə verilən bir mesajdır. Pakistan-Türkiyə arasında dostluq və mənəvi bağlar da dərindir”.

“Müharibə davam edən zaman da mən Azərbaycana səfər etdim. Bu səfər dəstəyimizin əyani nümunəsi idi. Ermənilərin mülki vətəndaşlara yönələn hücumları çox üzücüdür və biz bunu görmək üçün Gəncəyə səfər etdik. Orada yaralılarla görüşdük. Həmin çətin günlərdən sonra yenidən Azərbaycana gəlmək çox sevindirici haldır. Türkiyə-Azərbaycan arasında bütün sahələrdə münasibətlər çox yaxşı səviyyədədir”.

Könül Cəfərli

ƏN ÇOX OXUNANLAR

0.09138011932373