• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Mustafa Şentop: “Sərbəst ticarət anlaşması yaxın zamanda müsbət nəticələr verəcək”



“Çox uzun zaman itirmişik. Daha əvvəl iqtisadi və digər sahələrdə iki ölkə arasında əlaqələrimizi genişləndirə bilsəydik. Lakin, bütün hallarda yenə də biz bu istiqamətdə ciddi addımlar atırıq. Onlardan biri “Şuşa bəyannaməsidir”.

Baki.Media xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şəntop bu gün keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, bir çox addımlar atılıb ki Azərbaycan və Türkiyə arasındakı əlaqələr daha da möhkəmlənsin:

“Azərbaycan və Türkiyə arasında xarici passport olmadan səyahət şansı yaradıldı. 21 aprel 2021-ci il tarixində azərbaycan və türkiyə vətəndaşları iki ölkə arasında xarici passport olmadan, sadəcə şəxsiyyət vəsiqəsi ilə rahat şəkildə səyahət edə biləcəklər.

Eyni zamanda 1 mart 2021-ci il tarixindən etibarən iki ölkə arasında ticarət anlaşması oldu. İnşallah sərbəst ticarət anlaşması ilə bağlı da müzakirələr yekunlaşdırıldıqdan sonra iki ölkənin iqtisadi sahəsində daha münbit şərait yaradılacaq. Mən inanıram ki, bütün bu addımlar yaxın zamanda ciddi müsbət nəticələr verəcək”.

Könül Cəfərli

ƏN ÇOX OXUNANLAR

0.087182998657227