- 5
ENDİRİLİR
ENDİRİLİR
“Azərbaycan NATO-nun etibarlı tərəfdaşıdır”.
Baki.info “Report”-a istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev NATO-nun Baş katibi Yens Stoltenberqlə keçirdiyi birgə mətbuat konfransında söyləyib.
Dövlət başçısı Azərbaycanın NATO-nun Əfqanıstandakı missiyası çərçivəsində fəaliyyətinə verdiyi yüksək qiymətə görə NATO-nun Baş katibinə minnətdarlığını bildirib.
Prezident Azərbaycan ordusunun koalisiya qüvvələri çərçivəsində bu ölkəni sonuncu tərk edənlərdən biri olduğunu xatırladıb.
Dövlət başçısı Azərbaycanın NATO-nun hərbi təlimlərində fəal iştirak etdiyini vurğulayıb.
"Azərbaycan regionda sülhün bərqərar olmasına sadiqdir və Ermənistanla sülh sazişi üzərində işə başlamağa hazırdır".
"Report" xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Brüsseldə NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşündən sonra keçirilən mətbuat konfransında deyib.
Dövlət başçısının sözlərinə görə, görüş zamanı Cənubi Qafqazda müharibədən sonrakı vəziyyət müzakirə olunub.
"Azərbaycan sülhə sadiqdir. Biz fəal dialoq qurmağa və yenidən qonşu olmağı öyrənməyə hazırıq", - deyən Prezident İlham Əliyev qeyd edib ki, Ermənistan xoşməramlı olarsa, Azərbaycan sülh sazişi üzərində işə başlamağa hazırdır.
"Azərbaycan enerji resurslarının etibarlı təchizatçısıdır".
"Report" xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Brüsseldə NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşündən sonra keçirilən mətbuat konfransında deyib.
Dövlət başçısının sözlərinə görə, görüş zamanı enerji təhlükəsizliyi məsələsi müzakirə olunub.
“Azərbaycan NATO-nun dörd ölkəsi üçün etibarlı enerji resursları təchizatçısıdır”, - prezident bildirib.