• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Bakıda avtomobillərdən oğurluq edən şəxs saxlanıldı - FOTO/VİDEO



Binəqədi rayonunda narkotik vasitələr satan və avtomobillərdən oğurluq edən şəxslər saxlanılıb.

Paytaxtın Binəqədi rayonunda avtomobillərin maqnitafonlarını və nəqliyyat vasitələrinin salonlarında olan digər qiymətli əşyaları oğurlayan şəxs saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Binəqədi Rayon Polis İdarəsinin (RPİ) beşinci Polis Bölməsinin (PB) əməkdaşları tərəfindən əvvəllər məhkum olunan Orxan Soltanov tutulub.

Araşdırma zamanı onun bu ilin əvvəlindən saxlanılan günə qədər Binəqədi rayonu ərazisində 13 avtomobildən oğurluq etdiyi məlum olub. Orxan Soltanovun törətdiyi oğurluqların bəziləri ərazidə olan müşahidə kameraları vasitəsi ilə də lentə alınıb.

Binəqədi Rayon Polis İdarəsinin beşinci Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri digər əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində narkotik vasitələrin və psixotrop maddə olan metamfetaminin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan Samir Ağabalayev də saxlanılıb.

Onun üzərinə baxış zamanı külli miqdarda heroin, metamfetamin, metadon həbləri və bir ədəd elektron tərəzi aşkar edilib. Bu şəxs ifadəsində Binəqədi rayonunda narkotik vasitələrin satışı ilə məşğul olduğunu etiraf edib.

Saxlanılan hər iki şəxs barəsində toplanan materialların araşdırılması üçün Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib.

Orxan Soltanov və Samir Ağabalayev barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

ƏN ÇOX OXUNANLAR

0.096354961395264