• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

MİQ-in təkrar imtahanında iştirak etmək üçün müraciət edənlərin sayı AÇIQLANDI



“3 min nəfərə yaxın namizəd müəllimlərin işə qəbulunun təkrar imtahanında iştirak etmək üçün müraciət edib”.

Baki.Media-ın məlumatına görə, Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov deyib.

Onun sözlərinə görə, 30 iyul tarixinə qədər təkrar imtahanda iştirak etmək üçün müraciətlər qeydə alınacaq:

“Müəllimlərin işə qəbulu imtahanında iştirak etmək üçün 60 min nəfərə yaxın müəllim namizəd müraciət etmişdi. Onlardan 35 min nəfəri imtahan prosesində iştirak edib.

Qeyd edək ki, 12 iyul tarixində ibtidai sinif, 23 və 26 iyul tarixlərində Azərbaycan dili və ədəbiyyat müəllimliyi üzrə keçirilmiş seanslarda istifadə edilən test tapşırıqlarının bu fənlər üzrə digər tarixlərdə keçirilmiş seanslarda istifadə edilmiş test tapşırıqlarından çətinlik dərəcəsinə görə fərqləndiyi müəyyən edilib”.

“İyulun 12, 23 və 26-da imtahanlarda iştirak etmiş namizədlər üçün təkrar imtahan imkanı yaradılacaq”, - deyə C.Valehov qeyd edib.

İlhamə Əbülfət

ƏN ÇOX OXUNANLAR

0.11394190788269