Yardımlının icra başçısı Ayaz Əsgərovun xüsusi tapşırığı ilə şəhər mərkəzindəki 0,60 hektar ərazini əhatə edən yaşıllıq ərazi – park satılıb.
Bir neçə gündür başlayan proses nəticəsində bağdakı ağaclar da traktor və digər kəsici texnikaların köməyilə məhv edilərək yaşıllıq ərazi məhv edilib.
Narazı sakinlərin sözlərinə görə, Ayaz Əsgərov rayonda torpaqları sata-sata indi də bir neçə il əvvəl İmadəddin Nəsiminin 650 illiyilə əlaqədar olaraq Heydər Əliyev fondu tərəfindən salınmış yaşıllıq zonasına göz dikmək kimi özbaşınalığa da imza atıb.
Başçının maddi maraqları hesabına dağıdılan və satılan bağda ümumilikdə 600 dən artıq ağac mövcud olub, ağacların da əksəriyyəti meyvə ağacları olub. Yaxın vaxtlarda yaşıllıq ərazinin istirahət parkı kimi inşaası da nəzərdə tutulubmuş.
Qeyd edək ki, İmadəddin Nəsiminin 650 illiyilə əlaqədar olaraq Heydər Əliyev fondu tərəfindən salınmış yaşıllıq zonası bir hektara yaxın ərazisi olan Yardımlı rayon polis şöbəsinin mülkiyyətinə daxildir. Qanuna əsasən bu ərazi nə satıla nədə ki, özəlləşdirilə bilər.
Faktla bağlı Əmlak Məsələləri Dövlət Komitəsinin Yardımlı rayonu üzrə torpaq müfəttişi Fərzəli Salmanovla əlaqə saxladıq. Müfəttişlə diqloq zamanı məsul şəxs də olanları təsdiq etsə də ərazidə bütün ağacları deyil, icra hakimiyyətinin səhvən göstərişilə bir neçə ağacın kəsildiyini dilə gətirib.
"Proses artıq dayandırılıb və DİN-in balansında olan torpaq sahəsinə qanunsuz müdaxilə sayəsində vurulmuş ziyan aktlaşdırılaraq aidiyyatı üzrə məruzələr edilib…”
Baş verən hadisənin gülməli tərəfi ondadır ki, Yardımlı İHB-nin mövqeyində, başbilənləri ərazinin DİN-ə aid olduğundan xəbərsiz olduqlarını deyiblər.
"İnanırıq ki, Prezident Administrasiyası Ayaz Əsgərovun özbaşınalığına göz yumayıb, ona yerini göstərəcək” deyən sakinlər prezidentən və Heydər Əliyev fondunun rəhbərindən kömək istəyir.
Yardımlı rayon icra hakimiyyətinin məsələyə münasibətini dərc etməyə hazırıq.
Mənbə AMİA.AZ