• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Bakıda ŞOK İNTİHAR OLAYI: Polis bölməsində ÖZÜNÜ PİLLƏKƏNLƏRDƏN YERƏ ATIB



Bakının Sabunçu rayonunda intihara cəhd hadisəsi baş verib.

Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsində qeydə alınıb. 

1994-cü il təvəllüdlü Abbasov Təbriz Elbrus oğlu saxlanılan zaman polis bölməsinə gətirilib. O, bölmınin ikinci mərtəbəsində özünü pilləkəndən yerə atıb.

T.Abbasov müxtəlif bədən xəsarətləri ilə bölmənin polis əməkdaşlarının nəzarəti altında 3 nömrəli şəhər xəstəxanasına yerləşdirilib.

Daxili İşlər Nazirliyi Sabunçu rayon Polis İdarəsinin 15-ci Polis Bölməsində saxlanılan şəxsin özünü ikinci mərtəbədən atması ilə bağlı yayılan xəbərlərə münasibət bildirilib.

Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev Lent.az-a bildirib ki, Sabunçu rayon Polis İdarəsinin 15-ci Polis Bölməsində özünə xəsarət yetirən şəxs narkotik aludəçisidir: “Saxlanılan şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinir. Qaçmağa cəhd göstərərkən yıxılaraq xəsarət alıb. Müvafiq xəstəxanaya yerləşdirilib. Müalicəsi davam etdirilir”.

Fakt araşdırılır.

ƏN ÇOX OXUNANLAR

  • 52
Bu məhsullar bahalaşdı
0.10141110420227