• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Şəmkir rayon Polis Şöbəsinin əməkdaşı YOL QƏZASINDA ÖLÜB



Şəmkirdə ölümlə nəticələnən ağır yol qəzası baş verib.

Lent.az-ın APA-ya istinadla məlumatına görə, hadisə yolun Seyfəli kəndindən keçən hissəsindən qeydə alınıb. Hərəkətdə olan "Lada Priora" markalı minik maşının sürücüsü idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq aşıb və daha sonra yol kənarındakı ağaca çırpılıb.

Qəza zamanı sürücü, 1998-ci il təvəllüdlü Adilzadə İsmət və onun sərnişini  1997-ci il təvəllüdlü İbadullayev Ayazxan hadisə yerində ölüb.  İlkin məlumata görə İsmət Adilzadə polis əməkdaşıdır.

Daxili İşlər Nazirliyi Şəmkirdə ölümlə nəticələnən yol qəzası barədə məlumat yayıb.

DİN-dən Lent.az-a verilən məlumata görə, Şəmkir rayon Polis Şöbəsinin əməkdaşı, polis serjantı İ.Adilzadə ötən gecə saat 2 radələrində idarə etdiyi “Priora” markalı avtomobillə hərəkətdə olarkən Aşağı Seyfəli kəndi ərazisində idarəetməni itirərək avtomobili aşırıb.

Nəticədə özü və sərnişini A.İbadullayev hadisə yerində ölüblər. Faktla bağlı cinayət işi başlanaraq istintaq aparılır.

Hadisə barədə Fövqəladə Hallar Nazirliyi də məlumat yayıb. Xəbərə görə, FHN-in "112" qaynar telefon xəttinə Şəmkir rayonunun Aşağı Seyfəli kəndində “LADA” markalı minik avtomobilinin ağaca çırpılması və xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub. Hadisə yerinə cəlb olunan FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan sürücü, 1998-ci il təvəllüdlü Adilzadə İsmət Süleyman oğlunun və sərnişin, 1997-ci il təvəllüdlü İbadullayev Ayazxan Vəzirxan oğlunun meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

ƏN ÇOX OXUNANLAR

  • 102
Putin Çinə gedir
0.22805094718933