• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Gömrük generalı Ehtiram Xəlilovun həbs olunma SƏBƏBİ BİLİNİB



 Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi yanında “Azərterminalkompleks” birliyinin direktoru vəzifəsində işləyən Xəlilov Ehtiram Səyyaf oğlu Dövlət Təhlükəsizlik Xidmətinin keçirdiyi əməliyyatla saxlanılıb.

DTX-nin yaydığı məlumata görə, gömrük general-mayoru Ehtiram Xəlilovun xidməti vəzifələrinin icrası ilə əlaqədar qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməklə qanunvericiliklə müəyyən edilmiş gömrük hərraclarının təşkili və həyata keçirilməsi qaydalarını pozaraq ayrı-ayrı şəxslərlə qabaqcadan əldə edilmiş razılığa əsasən dövlət mülkiyyətinə keçirilmiş malların və nəqliyyat vasitələrinin real dəyərindən aşağı qiymətləndirilməsini və satılmasını təmin etməklə dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmasına, bu qanunsuz hərəkətlərə görə tabeçiliyində işləyən şəxslər vasitəsilə S.A.Qulamov, R.Ç.Hacıyev, S.F.Tağıyev, E.V.İbrahimov, T.D.Pənahov, S.H.Abdullayev, İ.M.Musayev, E.Y.Hümbətov, Ə.S.Əliyev və digər şəxslərdən təkrar külli miqdarda rüşvət almasına əsaslı şübhələr yaranıb.

Cinayət işi üzrə Ehtiram Xəlilov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2 və 311.3.3-cü (təkrar külli miqdarda rüşvət alma) maddələri ilə cinayət məsuliyyətinə cəlb edilmiş, 22 iyun 2022-ci il tarixdə məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Ehtiram Xəlilov barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, “Azərterminalkompleks” birliyinin sabiq direktoru, gömrük general-mayoru Ehtiram Xəlilov Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçirdiyi xüsusi əməliyyat zamanı saxlanılıb. O, külli miqdarda rüşvət almaqda və vəzifə səlahiyyətlərini aşmaqda ittiham edilir. Ehtiram Xəlilovun 200 mindən çox rüşvət aldığı bildirilir.

ƏN ÇOX OXUNANLAR

0.10890197753906