• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Avstriyada həbsdə olan Sezgin Baran Korkmaz ABŞ-a TƏHVİL VERİLİB



Avstriyada “çirkli pulların yuyulması və transferində” ittiham olunaraq həbs olunan türkiyəli iş adamı Sezgin Baran Korkmaz ABŞ-a ekstradisiya edilib.

Xarici KİV-ə istinadən xəbər veririk ki, bu barədə ABŞ Ədliyyə Nazirliyi məlumat yayıb.

Belə ki, S. B. Korkmazın Kinqston qardaşları və Lev Aslan Dermen adlı şəxslər tərəfindən idarə olunan bir şəbəkənin ABŞ Xəzinədarlığını aldadaraq əldə etdiyi 470 milyon dolların təxminən 133 milyonunu Türkiyədə “yuduğu” iddia olunur.

Məlumat üçün bildirək ki, Korkmaz barəsində həm ABŞ-da, həm də Türkiyədə həbs qərarı çıxarılıb. O, 2021-ci ilin iyun ayında ABŞ-ın tələbi ilə Avstriyada həbs olunub.

ƏN ÇOX OXUNANLAR

0.23237490653992