• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Avropa Komissiyasının prezidenti: “Azərbaycandan qaz nəqlini iki dəfə artırmaq niyyətindəyik”  



“Avropa İttifaqı daha etibarlı enerji təchizatçılarına müraciət edir”.

Bu fikri Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen öz “Twitter”də hesabında yazıb.

“Bu gün mən yeni müqavilə imzalamaq üçün Azərbaycandayam. Məqsədimiz bir neçə il ərzində Azərbaycandan Aİ-yə qaz nəqlini iki dəfə artırmaqdır. Azərbaycan təchizat təhlükəsizliyimiz və iqlim neytrallığına gedən yolda həlledici tərəfdaşımız olacaq. Ukraynaya qarşı təcavüzdən sonra Rusiyanın qazı Avropaya lazım deyil”, - Avropa Komissiyasının prezidenti vurğulayıb.

O, Avropanın təbii qaz tələbatının təmin olunmasında Azərbaycanın böyük rolunu qeyd edib.

“Bu gün imzalanan memorandum Azərbaycandan daxil olan qazın həcmini iki dəfə artırmağa və ildə 20 mlrd. kubmetrə çatdırmağa, Rusiyadan qaz tədarükünü xeyli azaltmağa imkan verəcək”, deyə Ursula fon der Lyayn bildirib.

O, bərpa olunan enerji və iqlimin qorunması sahəsində Azərbaycanla işləməyə hazır olduqlarını təsdiq edib.

Avropa Komissiyasının prezidenti həmçinin bildirib ki, Azərbaycan dövlət başçısı ilə görüşdə ikitərəfli münasibətlərin bir çox digər aspektləri, o cümlədən iqtisadi əməkdaşlıq və ticarət məsələləri müzakirə olunub. “Bu gün Avropa İttifaqı Azərbaycanın ən böyük ticarət tərəfdaşıdır və tərəflər qarşılıqlı ticarət dövriyyəsini 2 mlrd. avroya çatdırmaq niyyətindədirlər”, deyə o bildirib.

Ursula fon der Lyayn Avropa İttifaqının infrastruktur layihələrindən “mühüm nəqliyyat habına” çevriləcək yeni Bakı limanının inkişafında iştirak etməyə hazır olduqlarını qeyd edib.

Daha sonra o, humanitar sahədə əməkdaşlığın və Aİ-nin vətəndaş cəmiyyəti və müstəqil KİV-lərin dəstəklənməsində iştirakının əhəmiyyətini qeyd edib. “Biz bu məqsədlər üçün 2,5 mln. avro ayırmışıq”, deyə Avropa İttifaqının prezidenti qeyd edib.

 

ƏN ÇOX OXUNANLAR

0.098170042037964