• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

SON DƏQİQƏ: Azərbaycan İrandan xainləri təslim etməyi istədi - SİYAHIDA 41 nəfər...



Tehranda səfərdə olan Azərbaycanın Baş Prokuroru Kamran Əliyevin İran İslam Respublikasının Baş prokuroru Məhəmməd Cəfər Montazeri ilə görüşü baş tutub.

Bakı.Media xəbər verir ki, bu barədə İran KİV məlumat yayıb.

Məlumata görə, görüşdə Kamran Əliyev bildirib ki, iki ölkə arasında münasibətlər yüksək səviyyədə olarsa, bu, digər münasibətlərə, o cümlədən məhkəmə-hüquq sisteminə də öz müsbət təsirini göstərəcək. Qeyd olunub ki, Azərbaycan hökuməti narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə mübarizəyə çox ciddi yanaşır: "Azərbaycanda olan bir sıra iranlı məhbusların narkotiklə bağlı cinayətləri var və cəzaları yekunlaşan şəxslərin ekstradisiya müqaviləsi çərçivəsində ekstradisiya oluna bilər və bununla bağlı 137 məhbusun dəyişdirilməsi ilə bağlı danışıqlar aparılır. Məhkəmə istintaqı zamanı 41 Azərbaycan vətəndaşı İrana qaçıb”.

Baş Prokuror bildirib ki, bu şəxslərin Azərbaycanın təhlükəsizliyinə təhdid hesab edildiyi üçün Azərbaycana qaytarılmasını gözləyirik.

Kamran Əliyev sözügedən şəxslərin siyahısını həmkarına təqdim edib. 

ƏN ÇOX OXUNANLAR

0.025599002838135