• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Pişik vəhşi ayını düşərgədən qovdu - VİDEO



Sosial şəbəkədə “Vasya” ləqəbli ev pişiyinin vəhşi ayını düşərgədən qovması ilə bağlı kadrlar yayılıb.

“Life Shot” “Telegram” kanalının məlumatına görə, kadrlar Yakutiyada çəkilib. 

Görüntülərdən aydın olur ki, qonur ayı insanların dincəldiyi düşərgəyə yaxınlaşır. Ehtimal ki, ocaqdakı yeməyin iyi vəhşi heyvanı cəlb edib. Ancaq o, nə yeməyə, nə də istirahət edənlərə yaxınlaşa bilir: pişik “Vasya” onun qarşısını kəsir.

Düşməninin dəfələrlə ondan böyük olmasına baxmayaraq pişiyin cəsarəti hər kəsi güldürüb. Vmdeonu qeydə alan şahidlərdən birinin kadr arxasından “Vasya, sakit ol. Bizə o qədər ət lazım deyil”, - dediyi eşidilir.

Nəticədə ayı pişiyin hünəri qarşısında tab gətirməyərək geri, meşəyə qayıdır.

ƏN ÇOX OXUNANLAR

0.075957059860229