• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Saç köklərini gücləndirən təbii yağlar - FOTO



Saçınızı gücləndirmək üçün bitki yağlarından istifadə edə bilərsiniz.
Yağlar saç köklərini qidalandırır, gücləndirir, daha gözəl görünüşə çevirir.

Baki.Media bakupost.az-a istinadən saç diblərini möhkəmləndirən yağları təqdim edir:

Sarımsaq yağı

336927

Sarımsaq yağı vitamin və minerallarla zəngin təbii yağdır. Tərkibində antioksidanlar var. Bu xüsusiyyəti sayəsində saçlar yenilənir. Sarımsaq yağı saç köklərini gücləndirir, tökülmənin qarşısını alır və yenilərini çıxarır. Həmçinin, saçların uzanmasına da kömək edir.

Badam yağı

336928

Badam yağı saç baxımında ən çox istifadə edilən təbii yağlar sırasındadır. Tərkibindəki A, B, E və Omeqa 9 vitaminləri sayəsində saç köklərini qidalandırır, saç tellərini bərpa edir və gücləndirir. Baş dərisini nəmləndirir, kəpək və qabıqlanma kimi problemləri aradan qaldırır. E vitamini ilə birlikdə demək olar ki, saçları qoruyur, nəm balansını saxlayır, qırılmış saç uclarını bərpa edir.

Gənəgərçək yağı

336930

Gənəgərçək yağı qurumuş saçlara rahatlıqla istifadə edilə bilər. Saç köklərini və uclarını nəmlə doyuran yağ zədələnmiş saçları qısa müddətdə bərpa edir. Baş dərisində yarana biləcək yara və qabıqlara qarşı faydalıdır və sağalma prosesini sürətləndirir.

Gənəgərçək yağı sağlam və sürətli saç uzadır, tökülmənin qarşısını alır.

Lavanda yağı

336931

Lavanda yağı xoş qoxusu ilə saç baxımında ən çox seçilən yağlardandır. Bu yağ saç köklərini gücləndirir, saçların qırılması və tökülməsi kimi problemləri aradan qaldırır. Saç diblərindəki yağlılığı azaldır, baş dərisinin nəfəs almasına imkan verir.

 

 

 

 

 

 

ƏN ÇOX OXUNANLAR

0.10890102386475