• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Xaçmaz sakini həmkəndlisini bıçaqlayıb



Avqustun 6-sı saat 02:00 radələrində Xaçmaz rayon, Qusarçay kənd sakini Sahib Cəbrayılovun çoxsaylı xəsarətlər alması barədə rayon prokurorluğuna məlumat daxil olub.

Xaçmaz Rayon Prokurorluğunda aparılan araşdırmalarla müəyyən edilib ki, zərərçəkmişin həmkəndlisi Nizami Baxışov kənd ərazisində yerləşən yanacaqdoldurma məntəqəsinin ərazisində şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı Sahib Cəbrayılova çoxsaylı bıçaq xəsarətləri yetirərək sonuncunu qəsdən öldürməyə cəhd edib.

Faktla bağlı Xaçmaz Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb.

Nizami Baxışov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda istintaq davam edir.

ƏN ÇOX OXUNANLAR

0.10181093215942