• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Sabir Rüstəmxanlı: “Məndə görüntülər var ki, icra başçısı qaziyə hörmətsizlik edir” - VİDEO



"Qazilərin bu gün çoxlu problemləri var".

Bakupost.az xəbər verir ki, bunu bu gün Milli Məclisin iclasında deputat Sabir Rüstəmxanlı deyib.

O bildirib ki, qaziləri qəbul edəndə onlara diqqətlə yanaşılmalıdır:

"Məndə görüntülər, videolar var ki, icra başçısı qaziyə hörmətsizlik edir. Mən bunu açıqlamaq istəmirəm. Şəhid adının əbədiləşdirilməsinə diqqət yetirilməlidir. İlk olaraq evsiz-eşiksiz şəhid ailələrinin evlə təmin olunması məsələsinə baxılmalıdır. Digər tərəfdən ən çox giley-güzar işsizlikdəndir. Qazilərin işlə təmin olunmasına çox ciddi yanaşılmalıdır. Təqaüd prinsplərinin ölkədə pozulması çox böyük narazılıqlar yaradır. İlk olaraq qazilərin və onların ailələrinin təqaüd məsələsi nizama salınmalıdır. Mən bizim şəhidlərimizin, qazilərimizin savaşa necə getdiklərini görmüşəm. Aparılan bütün anti-təbliğatlara baxmayaraq, onlar bu duyğunu necə ötürürdülər. Onların bu duyğusunu öldürmək olmaz”.

ƏN ÇOX OXUNANLAR

0.60899806022644