• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Dünyada ən çox milyarder bu şəhərlərdə yaşayır - SİYAHI



Dünyada ən çox milyarder ABŞ-da yaşayır.

Baki.Media Lent.az-a istinadən bildirir ki, bu barədə baş ofisi Londonda yerləşən "Henley & Partners" təşkilatı məlumat yayıb. 

Təşkilat son hesabatında milyonçu və milyarderlərin yaşadığı şəhərlərin statistikasını açıqlayıb. Hesablama zamanı varidatı 100 milyon dollardan çox olanlar milyonçu, 1 milyard dollardan artıq olanlar isə milyarder kimi təsnif edilib. 

Siyahıya görə milyonçu sayında Nyu-York şəhəri liderlik edir - 737 nəfər. Milyarderlərin sayına görə isə bura yalnız San-Fransiskodan geri qalır. Şəhərdə 59 milyarder daimi yaşayır.

San-Fransisko isə milyonçuların sayına görə yalnız Nyu-York geridədir. Burada 623 milyonçu, 62 milyarder yaşayır.

Londonda 406, Los-Ancelesdə 393 milyarder qeydə alınıb.

Asiya nəhəngi Çinin paytaxtı Pekində 363 milyonçu və 44 milyarder yaşayır. Bu rəqəm Şanxayda müvafiq olaraq 350 və 42-dir.

Çikaqoda 340, Sinqapurda 336 milyoner daimi yaşayır.

Avropada isə ən çox milyonçu Cenevrədə yaşayır - 345 nəfər. Burada milyarder yoxdur.

Onluqda sonuncu yeri 314 milyonçu ilə Hyuston şəhəri tutur. 

ƏN ÇOX OXUNANLAR

0.097371816635132