• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

ABŞ Dövlət Departamentinin Edillidə tapılan kütləvi məzarlığa görə AZƏRBAYCANLILARA BAŞSAĞLIĞI VERİB



“Biz onilliklərlə davam edən bu münaqişə zamanı insan itkisindən dəhşətə gəlirik və həlak olanların, yaralananların ailələrinə dərin hüznlə başsağlığı veririk”.
 
Bunu ABŞ Dövlət Departamentinin mətbuat katibinin müavini Vedant Patel brifinq zamanı
 
Azərbaycanın Xocavənd rayonunun Edilli kəndində daha bir kütləvi məzarlığın aşkarlanmasını ilə bağlı sualı cavablandırarkən deyib.
 
“Bu münaqişə zamanı bir çox ailələr əziyyət çəkib, yaxınlarını itiriblər. Bu itkilərə cavabdeh olanlar buna görə hesab verməlidirlər, çünki həmin insanların yaxınları buna layiqdirlər. Günahkarlar məsuliyyətə cəlb edilməlidir, sülhə çatmaq, hesabat vermək lazımdır. Biz həqiqəti və barışığı təşviq etmək üçün beynəlxalq səyləri dəstəkləməyə davam edirik və inanırıq ki, bu proseslər Azərbaycan və Ermənistan arasında davam edən sülh prosesi ilə tandemdə işləyə bilər”.
 

ƏN ÇOX OXUNANLAR

0.081923007965088