• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Məşhur qurman səyyah Azərbaycana səfər edib - VİDEO



Tanınmış “food” bloqer və səyyah Mark Uins ölkəmizə səfər edib.

Bir çox məkanları gəzən qonaq Azərbaycanın tarixi və mədəniyyəti ilə yanaşı, yerli mətbəxlə də yaxından tanış olub.

Baki.Media xəbər verir ki, bu barədə o, özünün “YouTube” kanalında izləyicilərinə geniş reportaj təqdim edib.

Uinsi valeh edən təamlardan biri Azərbaycan kababı olub. O, quzu ətindən hazırlanan bu ləziz neməti “kababların şahı” adlandırıb.

Səyyah mətbəximizin olduqca dadlı olması ilə yanaşı, xalqımızın mehribanlığını və Bakının gözəlliyini də qeyd edib.

O, izləyicilərini ölkəmizə mütləq səfər etməyə və yerli mətbəxin dadına baxmağa çağırıb.  

ƏN ÇOX OXUNANLAR

0.076884984970093