• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Dirilməyə inananlar 350 min ödəyir, dondurul və... - FOTO



ABŞ-da bir laboratoriya gələcəkdə həyata qayıtmaq texnologiyasının mümkünlüyünə inananlar üçün xidmət göstərir.

Baki.Media xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ-ın Arizona ştatında yerləşən “Alcor Life Extension Foundation” adlı qurum ölümdən sonra həyata qaytarılmaq istəyənlərə xidmət edir. 

Kriogen bədən dondurma hər cəsəd üçün 200 min dollara (təxminən 350 min AZN) edilir. Sadəcə, beynini dondurmaq istəyənlərdən 80 min dollar (təxminən 136 min AZN) tələb olunur.

ABŞ və Kanadadan kənardan gələn cəsədlər üçün qiymətlərdən əlavə daha 10 min dollar fərq alınır. 

Bu mərkəzdəki laboratoriyada 200-ə yaxın insanın cəsədi nəhəng silindrlərdə saxlanılır. Heç kəsin həyata qaytarılacağına zəmanət verilmir. Lakin onların bədənləri parçalanmadan qorunub saxlanılır.

Cəsədlər dondurulmazdan əvvəl buz vannasına qoyulur və bədənlərindən qan və mayelər çıxarılır.

Uşaq və körpə kimi bəzi insanların cəsədləri ailələrinin istəyi ilə burada dondurulur. Bu prosesi 1967-ci ildən tətbiq olunur. Cəsədlər xüsusi soyutma prosesləri olan bir boruya yerləşdirilir. İnsanların qanı və mayeləri kristallaşmaması üçün boşaldılır.

Daha sonra onların bədənlərinə orqan qoruyucu kimyəvi qarışıq yeridilir. Cəsədlər 135 dərəcə şaxtada azotla doldurulmuş silindrlərə yerləşdirilir. Bəzi ekspertlər bu prosesin qeyri-etik olduğunu iddia edərək, bunun ümid alverçiliyi olduğunu düşünür.

Fidan

 

ƏN ÇOX OXUNANLAR

  • 60
Rusiyada zəlzələ olub
0.20503711700439